<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Bilmədən dünyayla həmrəy olub mən İL295</title>
<lyrics>[V1]
 Bilmədən dünyayla həmrəy olub mən,
 Yaradan Allaha olmuşdum düşmən.
 Dünya bağlayıbmış gözümü tamam,
 Aparırmış məni uzağa Ondan.

[C1]
   Yetər artıq, artıq yetər!
   Dünya, sənlə dostluğum bitər!
   Yetər bu dünyaya etdiyim xidmət,
   Yetər dünya üçün çəkdiyim zəhmət,
   Yetər, dünya, artıq yetər!

[V2]
 Sənin ki işlərin tamam yalanmış,
 Hər şey tərsinəymiş, hər şey talanmış.
 Ağ deyib qaraya təsdiqləyirdin,
 Həqiqət Kəlamın pərdələyirdin.

[V3]
 Çalışdın haqq yolun pərdələyəsən,
 Rəbb İsanın İsmin hey gizləyəsən.
 Bacarmadın, dünya, məğlub olmusan
 Yaxınlaşır sonun, yetir axırın.

[V4]
 Yayıldı dünyaya Rəbbin Xoş xəbəri,
 Qaranlıq ürəklər nura bələndi.
 Qurban verərək Vahid Oğlunu,
 Tanrımız bizimçün açdı Öz yolunu.</lyrics>
<hymn_number>295</hymn_number>
</song>